Mətanət “Maşın”ın final gecəsinə çağrılmama xəbərindən danışdı

Mətanət “Maşın”ın final gecəsinə çağrılmama xəbərindən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Aparıcı Mətanət Əliverdiyevanın “Maşın” şounun final gecəsinə dəvət olunmadığı haqda xəbər yayılıb.

A24.Az xəbər verir ki, axşam.az-a açıqlama verən Əliverdiyeva çəkilişi olduğu üçün verilişə qatıla bilmədiyini deyib:

“İstəyirsiniz “M group”un əməkdaşları ilə əlaqə saxlayıb soruşun. Mən və digər iştirakçılar dəvət olunmuşduq. Biz düşmən deyilik ki… Çağırmayıblar nə sözdür? Orada heç kimlə düşmənçiliyim yoxdur. Oradakıların hamısı mənim dostumdur. Bircə Aytən Səfərova ilə aramız yaxşı deyil. Mənim onunla münasibətim yoxdur. Çoxdan olan söz-söhbətdir, ANS-in vaxtından. Aytəni 1997-ci ildən tanıyıram. Onu yaxşı tanıdığım üçün həmin sözləri deyirdim. Rozası da, Pərvini də onun üzünü gördülər sonra.

Final gecəsinə çox adam gəlməmişdi, niyə ancaq məndən yazırlar? Əgər efir axşam canlı getsəydi qatılacaqdım. Amma günorta saat 4-də çəkiliş idi. Mənim isə öz verilişimin çəkilişi var idi, çatdırmadım”.

Qeyd edək ki, unikal.org saytı M.Əliverdiyevanın “Maşın”ın final gecəsinə dəvət olunmadığı haqda xəbər yaymışdı.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar