A24 Xeber

Çinin Çünisin şəhərində metropolitenin qatarları 19 mərtəbəli yaşayış binasından keçərək yola davam edirlər.

A24.Az xəbər verir ki, Metropolitenin rəisi Nyan Syao deyib: “Şəhərdə tikililər həddən ziyadə çoxdır. Buna görə də yollar və ya dəmiryol xətləri üçün yer tapmaq böyük problemə çevrilir. Metronun “Chongqing Rail Transit No.2” marşrutu ilə hərəkət edən qatarlar binanın 6 və 8-ci mərtəbələrinin arasındakı məkandan keçir. Binadakı “Liziba Station” stansiyasında sərnişinlər vaqonlara daxil ola bilirlər. 19 mərtəbəli yaşayış binasında yaşayanlar metronun monorelsli qatarlarının səs-küyündən şikayətlənmirlər. Xüsusi quraşdırılmış avadanlıq səsi boğur. Bu səbəbdən qatar keçəndən yayılan səs paltaryuyan maşın işə salınanda olan səsdən uca deyil.Çinin cənub-şərqindəki Çunsin şəhərinin 49 milyon sakini var. (milli.az)

Çinin Çünisin şəhərində metropolitenin qatarları 19 mərtəbəli yaşayış binasından keçərək yola davam edirlər. A24.Az xəbər verir ki, Metropolitenin rəisi Nyan Syao deyib: “Şəhərdə tikililər həddən ziyadə çoxdır. Buna görə də yollar və ya dəmiryol xətləri üçün yer tapmaq böyük problemə çevrilir. Metronun “Chongqing Rail Transit No.2” marşrutu ilə hərəkət edən qatarlar binanın 6 və 8-ci […]

Metro qatarı binanın içindən keçir – VİDEO

600