Metroda cibgirlik edən QADIN saxlanılıb

Metroda cibgirlik edən QADIN saxlanılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Aprelin 27-də səhər saatlarında Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Qurbanova “Koroğlu” stansiyasında çantasından içərisində 111 manat pulu, tələbə bileti və digər sənədləri olan pulqabısının oğurlandığını bildirib.

A24.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya məlumat verilib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən qadının qısa zamanda müəyyən edərək “isti izlər”lə saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini Vüsalə Zeynalzadə olduğu məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bir gün əvvəl   metronun “N.Nərimanov” stansiyasında paytaxt sakini V.Eldarovanın içərisində 100 manatı, 2 ədəd yaddaş kartı və sənədləri olan pulqabısını oğurlaması da müəyyən edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar