Metropoliten rəhbərliyi Lalə Bayramovanın təhqirinə münasibət bildirdi - RƏSMİ

Metropoliten rəhbərliyi Lalə Bayramovanın təhqirinə münasibət bildirdi – RƏSMİ
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün sosial şəbəkələrdə və bir sıra saytlarda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lalə Bayramovanın kəndlərdən şəhərə gələn vətəndaşlar üçün işlətdiyi sərt ifadələr müzakirə edilir.

A24.Az xəbər verir ki, Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, Lalə Bayramovanın şəbəkələrdə müzakirə edilən fikirləri qurum adından yazılmadığı üçün buna görə metropoliten rəhbərliyi məsuliyyət daşımır:

“Məsələ ilə bağlı heç nə deyə bilmərəm. Xanım metropoliten əməkdaşı olsa da, yazdıqları onun şəxsi düşüncələridir. Özünün şəxsi hesabından yazıb. 4 ildir mətbuat xidmətinin rəhbəri mənəm və qurumun adından mən çıxış edirəm. Bütün qurumlarda olduğu kimi bizim də müxtəlif fikir və düşüncədə olan yüzlərlə əməkdaşımız var. Biz onların şəxsi fikirlərinə görə məsuliyyət daşıya bilmərik. Onun şəxsi fikirlərinə şəxsi münasibətimi soruşsaz, təbii ki, düzgün hesab eləmirəm. Emosialarına yenilərək kifayət qədər səhv fikirlər qeyd edib”.

Xatırladaq ki, L.Babayevə sosial şəbəkənin aktiv istifadəçilərdəndir. Paylaşımlardan birində kəndlərdən gələn vətəndaşların metrodan istifadə zamanı qatarları zibillədiklərini irəli sürərək, kəndlərdən gələnləri təhqir edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar