A24 Xeber

“Microsoft”dan MÖHTƏŞƏM YENİLİK: Artıq fiziki məhdudiyyətlilər də oyun oynaya biləcək

“Microsoft”dan MÖHTƏŞƏM YENİLİK: Artıq fiziki məhdudiyyətlilər də oyun oynaya biləcək
18
19 May 2018 - 17:30

“Microsoft” korporasiyası fiziki imkanları məhdud insanlar üçün “Xbox Adaptive Controller” kontrollerini rəsmən təqdim edib.

A24.Az “life.ru” resursuna istinadən yazır ki, qurğunun işi barədə məlumat verən tərtibatçıların sözlərinə görə, kontrollerin üz hissəsində xaç şəklində böyük düymə və iki iri klaviş yerləşir. İstifadəçi klavişlərin üzərində adi “Xbox One” kontrollerinin istənilən düyməsinin funksiyalarını təyin edə bilər. Həmçinin qurğunun arxa tərəfində qoşulma üçün 3,5 millimetrlik 19 çıxış quraşdırılıb. Onların hər biri coystikin ayrıca klavişi üçün nəzərdə tutulub.

Korporasiya nümayəndələrinin sözlərinə görə, bir sıra kənar istehsalçılar tərəfindən “Microsoft”a dəstək nümayiş etdirilib. Bunun sayəsində onların qurğularını kontrollerə qoşmaq mümkün olacaq. Oyun həvəskarları xüsusi düymə, pedal və digər periferiyalardan faydalana biləcəklər.

Bu il satışa çıxarılacaq “Xbox Adaptive Controller” kontrollerinin qiyməti 100 dollar təşkil edir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00