“Microsoft”un 864 serveri dənizdə batırıldı

“Microsoft”un 864 serveri dənizdə batırıldı
Want create site? Find Free WordPress Themes and plugins.

“Microsoft” korporasiyasının mütəxəssisləri dəniz suyu ilə soyutmanın səmərəliliyini müəyyənləşdirmək məqsədilə dənizdə Şotlandiya sahili yaxınlığında 864 serveri batırıblar.

A24.Az “Life” resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən dəniz dibinə 27,6 istilik mübadiləsi və ya 27 600 terabayt tutumlu məlumatı özündə birləşdirən 864 serverə malik 12 dirəkdən ibarət server otağı salınıb. Bu, yüksək məhsuldarlıqlı minlərlə fərdi kompüterin informasiyasının emalı və ya yaxşı keyfiyyətli 5 milyona yaxın filmin saxlanılması üçün yetərlidir.

Məlumata görə, korporasiya dəniz suyunun məlumat mərkəzinin serverlərindən istiliyi effektiv ayırmasını müəyyənləşdirmək niyyətindədir.

Bildirilir ki, layihə çərçivəsində serverlər 5 il dəniz dibində qalacaq. Bu vaxt ərzində onlar ətraf dünya ilə güc kabeli və məlumatların ötürülməsi və ölçmə üçün naqillə bağlı olacaqlar. Təbii soyutmanın effektiv və eksperimentin uğurlu olacağı təqdirdə “Microsoft” korporasiyasının digər məlumat mərkəzlərinin serverlərinin də dəniz dibinə salınması nəzərdə tutulur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar