MİDA-dan SAXTAKARLIQ: Alimlərin "Güzəştli mənzil" arzuları "XƏYAL OLDU"- ŞİKAYƏT/FOTOFAKT

MİDA-dan SAXTAKARLIQ: Alimlərin “Güzəştli mənzil” arzuları “XƏYAL OLDU”- ŞİKAYƏT/FOTOFAKT
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gündən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib.

A24.Az xəbər verir ki, mənzillərin satışı 7 may tarixində elektron sistemlə gerçəkləşib. Belə ki, səhər saatlarında 10:00-dan etibarən baş tutan elektron sistemdə fəsadlar özünü göstərib.

Gənc alim, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev güzəştli şərtlərlə mənzil sahibi olmaq üçün bu layihədə iştirak edib. Müsahibim belə bir layihənin gerçəkləşməsindən, gənc alimlərin də mənzil sahibi olacağı xəbərindən sevinc hissi duyduğunu bildirdi. Lakin “işin içinə girəndə” bu məmnunluq mərhələli şəkildə yox olmağa başlayıb:

“Kapital bank, Azərtürk bank, BTB bank və Unibank layihənin kredit-maliyyə dəstəyini həyata keçirən banklar idilər. Əvvəlcə onlar maaşımız azdır deyə bizə kredit verməkdən imtina etdilər. Mən fəlsəfə doktoruyam və maaşım 350 azndır. Bəs bu güzəştli şərtlərlə satılan evlər biz gənc alimlərə verilməyəcəksə, kimə verilməlidir? Ailədə 4 nəfərik. Ailədə təkcə mən işləyirəm. Layihəyə müraciət etdiyim zaman sual verdilər ki, bu maaşla necə dolanırsınız? Bəs krediti necə verəcəksiniz? Az olduğunu mən də bilirəm. Bizim də tək ümidimiz, kirayələrdən çıxmağın yeganə yolu bu layihə idi”.

“Ümumiyyətlə, bu layihə iflasa uğradı” – bu fikri səsləndirməsdində müsahibimin əsaslı səbəbləri var:

“İlk dəfə ASAN xidmətdə qeydiyyatdan keçəndə üç gün ard-arda səhər tezdən getdim ki, ilk növbəni əldə edim. Amma hər dəfə 80-ci adamdan aşağı düşmürdüm. Öyrəndim ki, getdiyim gün artıq növbəti gün üçün 30 nəfər qeydiyyata yazılıb. Əvvəlcədən yer saxlayırlarmış. Halbuki hər gün üçün növbə sıralaması ayrıca olmalı idi. Bunu özləri öz dilləri ilə deyib”.

Əpoş Vəliyev layihədə iştirak etməyə görə  ASAN xidmətə ilkin mərhələdə qeydiyyat və sənədləşmə üçün 40 azn, il yarımdan daha uzun bir müddətdir ki,  hər ay 1 azn məbləğındə ödəniş edir. Müsahibim bildirir ki, “hər ay 35-40 min insan elektron imzaya pul ödəyir. Düşünün ki, mənim kimi güzəştli şərtlərlə ev sahibi olmaq istəyənlər var. Elektron imzaya ödədiyimiz bu məbləğlər yığılsa, hər ay bir insana ev alına bilər”.

Məsələnin kuliminasiya nöqtəsi: 260 mənzil bir saata bitti, özü də necə?! Sürətli… 60 dəqiqədir ki, sistem “error” verir, amma evlər satılır, hətta bitir”.

Müsahibim Əpoş Vəliyev bildirir ki, ” saat 9:00-da (www.e-gov.az) sayta girdim. Hər kəs kimi gözləyirəm. Saat 10:00-da sayt tamamilə getdi, saat 11:00-da açıldı. Bir də baxdıq ki, ev qalmayıb. Əgər saytda problem var idisə, bu evlər necə satıldı? Yox əgər satıla bilirdisə, niyə məhz bir qrup insan bu sistemə girə bilmədi? Təbii ki, mənzillər əvvəlcədən satılmışdı. Bunu mənə kredit layihəsinə hamilik edən bank da demişdi. Açıq-aşkar bildirilmişdi ki, nağd pulunuz varsa alın. Nağd pulu olan niyə aylarla əziyyət çəkib güzəştli şərtlərlə mənzil sahibi olmağa çalışsın ki? Elə gedib hazır ev alarıq da”.

Qeyd edək ki, bu problemlə üzləşən yeganə insan Vəliyev deyil. Filologiya üzrə fəlsəfə doktoru İ.Qəsəbova da eyni problemlə üzləşib. “İnsanların həm əsəbləri, həm də psixologiyası ilə oynayırlar. Bu qədər əsəbdən sonra o evlər verilsə belə, nə edirəm mən o evi? 300 manat maaş alıram. 120 manatını da kirayəyə verirəm. Yaş məhdudiyyəti səbəbi ilə mənə mənzil növbəsinə yazılma icazəsi də verilmədi. Dedilər ki, get yerinə başqa birini tap. Hətta bu da saxtakarlıqdır, düzgün deyil. 45 yaşım var. Yaş məhdudiyyəti maksimum 35-dir. Tam əksinə bu insan bu yaşa qədər məzil sahibi ola bilməyibsə, deməli ilk yaşı çox olanlara vermək lazımdır. İndi demək istəyirlər ki, biz heç vaxt mənzil sahibi olmayaq?”, – deyə haqlı olaraq üsyanını dilə gətirdi.

Xatırladaq ki, Hərracın elektron sistemdə keçirilməsinə bu gün (7 may 2018) start verilib. Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-də saat 10.00-da başlayıb və proses avqustun 7-dək davam etməli idi. Bu isə o deməkdir ki, 1 ay davam edəcəyi gözlənilən elektron hərrac bircə saata, həm də sistem xidmət xaricində olduğu bir vaxtda keçirilib.

Şikayətçi MİDA və Elektron hərracın rəsmi telefon nömrələri ilə əlaqə saxlamağa çalışsa da bu nömrələrin aktiv olmadığını, heç bir halda zənglərə cavab verilmədiyini bildirdi. Lakin hərrac zamanı yaşadığı anların görüntülərini sübut olaraq qeydə alıb.

Qeyd edək ki, xəbərin təsdiq və ya təkzibi ilə bağlı MİDA-nın mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, qarşı tərəfdən zəngimizə cavab verən olmadı.

“A24.az” şikayətçinin elektron hərracda üzləşdiyi anların fotogörüntülərini təqdim edir:

X.V, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Müsahibə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar