A24 Xeber

MİDA-nın 324 sosial mənzili kimlərə verildi? – SİYAHI

MİDA-nın 324 sosial mənzili kimlərə verildi? – SİYAHI
72
07 Sentyabr 2018 - 9:24

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzilin seçimi ilə bağlı statistikanı açıqlayıb.

“A24.az” xəbər verir ki, MİDA-dan verilən məlumata görə, şəhid ailəsinin üzvü olan 4 nəfər, məcburi köçkün və onlara bərabər tutulan 47 nəfər, ən azı 3 il dövlət qulluğunda olanlardan 39 nəfər mənzil sahibi olub.

Həmçinin, ən azı 5 il ümumtəhsil məktəblərində müəllim işləyənlərdən 28 nəfər, fəlsəfə doktoru olanlardan 3 nəfər, idman sahəsində xüsusi xidmətləri olan 5 nəfər, elmlər doktoru elmi dərəcəsi olan 7 nəfər, ən azı 15 il dövlət qulluğunda olan 35 nəfər, ən azı 3 il hərbi qulluqda olan 104 nəfər, ən azı 3 il daxili işlər orqanlarında xidmət göstərən 48 nəfər, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərdən 4 nəfər “sosial ev” sahibi olub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00