MİDA-nın saxtakarlığına ETİRAZ: İnsanlar qurumun binası önündə...- FOTO

MİDA-nın saxtakarlığına ETİRAZ: İnsanlar qurumun binası önündə…- FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

MİDA-nın dünən- 07 may tarixində start verdiyi “elektron hərrac” etirazlara səbəb olmuşdu.
A24.Az xəbər verir ki, insanların bu addımı atmasına səbəb sistemin 10:00-11:00 aralığında işləməməsi, həmin müddət ərzində isə 260 evin hamısının satılması idi.
Bu gün isə “hərracın qurbanları” qurumun binası önünə toplaşıb, öz etirazlarını bildiriblər.

Qeyd edə ki, MİDA-nın binası önündə toplaşan gənc alimlərə tutarlı cavab yenə də verən olmayıb.
Xatırladaq ki, bu gün səhər saatlarında MİDA-nın sözcüsü məsələ ilə bağlı açıqlama vermişdi. O sistemin qısa bir müddətlik- 16min nəfərin eyni anda daxil olması səbəbindən dayandığını, lakin qısa bir müddət ərzində bərpa olunduğunu, bütün satılan evlərinsə ilk bir neçə dəqiqə ərzində əldə edildiyini iddia etmişdi.

Görünür ki, bu cavab güzəştli şərtlərlə mənzil sahibi olmaq istəyənləri qane etməyib. Onlar daha dəqiq cavab almaq üçün qurumun binası önünə yığışıblar. Lakin hələ ki, onları qəbul edən qurum rəsmisi yoxdur.
Qeyd edək ki, Dünən məsələnin aydınlaşması üçün saytımız da qurum sözcüsü ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdı.
A24.Az sizə qurum qarşısındakı gənclərin fotosunu təqdim edir:

X.V, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar