Mikroavtobus evakuatorla toqquşdu - VİDEO

Mikroavtobus evakuatorla toqquşdu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İsmayıllı rayonunda 2 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

“A24.az” bildirir ki, bu gün saat 13:00 radələrində İsmayıllı-Muğanlı avtomobil yolunda, İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında Qəbələdən Bakı istiqamətinə hərəkət edən “Ford Transit” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Tovuz rayon sakininə məxsus 12-HD-146 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı evakuatorla toqquşub.

Nəticədə iki nəfər aldığı xəsarətdən hadisə yerində ölüb, evakuatorun sərnişini, Tovuz rayon sakini 1982-ci il təvəllüdlü Musayev Fuad Şəmil oğlu və mikroavtobusdakı sərnişinlər – Qəbələ sakini, 2006-cı il təvəllüdlü Paşayeva Həqiqət Vəfadar qızı, 2002-ci il təvəllüdlü İsmayılova Nuhalə Məsud qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

https://youtu.be/rHKjhqWujcg

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar