A24 Xeber

“Milan” Qonsalo İquainin icarəsi üçün “Yuventus”la razılıq əldə etdi

“Milan” Qonsalo İquainin icarəsi üçün “Yuventus”la razılıq əldə etdi
12
28 İyul 2018 - 10:21

İtaliyanın “Milan” klubu Argentina millisinin futbolçusu Qonsalo İquaini icarəyə götürməklə bağlı A seriyasının qalibi “Yuventus”la razılıq əldə edib.

Milan təmsilçisi 31 yaşlı hücumçunun bir illik icarəsi üçün turinlilərə 15 milyon avro ödəyəcək. Üstəlik, “qırmızı-qaralar” növbəti mövsüm başa çatandan sonra İquaini almalıdırlar.

Keçidlə bağlı yeganə problem argentinalı forvardın illik maaşının 7,5 milyon avro qalmasını tələb etməsi ola bilər.

Qeyd edək ki, “Yuventus” İquaini 2016-cı ilin yayında “Napoli”dən 90 milyona avroya alıb. O, ötən mövsüm Turin təmsilçisinin heyətində keçirdiyi 50 oyunda 23 qol vurub. //report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00