Millət vəkili: Gənclər sosial şəbəkələrdə əylənməli deyillər

Millət vəkili: Gənclər sosial şəbəkələrdə əylənməli deyillər
Want create site? Find Free WordPress Themes and plugins.

Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı, hər bir azərbaycanlı gənc Azərbaycanın, dövlətin yanında olmalı, Azərbaycan, Qarabağ həqiqətlərinin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır.

A24.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva ölkə gənclərinə çağırışında səsləndirib.

Q.PaşayevaAzərbaycan gənclərini ölkə reallıqlarının, Qarabağ həqiqətlərinin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə  çağırıb.

O, gəncləri sosial şəbəkələrdə keçirdikləri zamanı  əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kampaniyalarına qarşı mübarizəyə sərf etməyə səsləyib:

“Mən eyni zamanda, Vətən torpaqlarımız uğurundan canından keçən qəhrəman şəhidlərimizin, böyük şücaətlər göstərmiş igidlərimizin qarşısında baş əyirəm və gəncləri, sabahımız olan gənc nəsli onlardan Vətən sevgisi örnəyini almağa çağırıram.

Bununla yanaşı, hesab edirəm ki,  bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz və bu baxımdan ölkəmizin daha da müstəqil inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr böyükdür.

Onlar bu məsuliyyətlərini daha dərindən və daha düzgün anlamalıdırlar.

Dövlətin, millətin inkişafı gənclərlə bağlıdır.

Eyni zamanda, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir.

Bu məsələdə də gənclər daha öndə gəlməlidir”-deyə, Q. Paşayeva sözlərinə əlavə edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar