A24 Xeber

Millət vəkilindən çoxuşaqlı ailələrlə bağlı TƏKLİF

Millət vəkilindən çoxuşaqlı ailələrlə bağlı TƏKLİF
65
23 May 2018 - 12:33

Azərbaycanda çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi təklif olunur.

“A24.az” xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edib.

O qeyd edib ki, buna səbəb müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalmasıdır: “Bununla bağlı hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur”.

Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilsin: “Həmin bir ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00