Millət vəkilindən etiraz: “Deputat 8 min manat maaş almalıdır”

Millət vəkilindən etiraz: “Deputat 8 min manat maaş almalıdır”
Want create site? Find Free WordPress Themes and plugins.

“Düşünürəm ki, bu artım yetərli deyil. Ona görə ki, ölkədə devalvasiya baş verib, əmək haqqı vətəndaşların ləyaqətli həyatını təmin etməlidir. Dövlət qulluqçuları, ali hakimiyyət orqanlarının təmsilçiləri başqa qazanc və gəlirlər barədə düşünməməlidirlər. Hesab edirəm ki, əməkhaqqı ilə öz ailələrini layiqincə təmin etməlidirlər. Region ölkələrindən əməkhaqqına görə geri qalırıq”.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların maaşlarının artırılmasının müzakirəsi zamanı parlamentin üzvü Qüdrət Həsənquliyev deyib.

“Bəzi qonşu dövlətlərdən isə əməkhaqqımız bir neçə dəfə aşağıdır. Azərbaycan Prezident Administrasiyasının işçilərinin nə qədər maaş aldıqlarını bilmirəm, bu barədə məlumat verilsəydi, yaxşı olardı. Bizə verilən məlumata görə hətta orada şöbə müdirinin əmək haqqı Milli Məclisin rəhbərliyinin əmək haqqından yüksəkdir. Düşünürəm ki, spiker 10 min, deputat isə 8 min manat maaş almalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bu yanaşmanın yanlış olduğunu qeyd edib. O bildirib ki, Q.Həsənquliyevin dedikləri doğru deyil.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar