A24 Xeber

Milli güləşçilərimizə haqsızlıq edən hakimlər CƏZALANDIRILDI

Milli güləşçilərimizə haqsızlıq edən hakimlər CƏZALANDIRILDI
26
01 May 2018 - 14:14

Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatının ilk günündə Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun Rusiya təmsilçisi Bekxan Ozdoyevlə qarşılaşdığı yarımfinal görüşündə nəticəyə təsir edən hakim səhvi ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Dünya Güləş Birliyinə (UWW) şikayət edib. 

“A24.Az” xəbər verir ki, UWW Hakimlər Kollegiyasının sədri Antonio Silvestri hakimlərin etdiyi səhvə görə üzrxahlıq edib, görüşü idarə edən Finlandiya, Belarus və Almaniya hakimləri çempionatı idarə etməkdən bir günlük məhrum ediliblər.

Qeyd edək ki, güləş qaydalarına əsasən rəqibin geyimindən tutduğuna görə idmançı 2 xal və xəbərdarlıqla cəzalandırılır. Belə olacağı təqdirdə İslam Abbasov görüşü qalib başa vurub, finala yüksələcəkdi.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00