Milli komandanın futbolçusu tarixə düşdü

Milli komandanın futbolçusu tarixə düşdü
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov ölkə futbolu tarixinə düşüb.

A24.Az “Report”a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu dördqat dünya çempionları və Avropanın ən titullu yığmaları İtaliya ilə Almaniyaya qol vuran ilk azərbaycanlı futbolçu olub.

Almaniyanın “Aue” klubunun futbolçusu ilk dəfə 2015-ci il oktyabrın 10-da Bakıda Avro-2016-nın seçmə qrup oyunu zamanı İtaliyanın qapısına yol tapıb. Ötən gün isə o, Tofiq Bəhramov adına Respublika stadionunda DÇ-2018-in seçmə qrup matçında Almaniyanı məyus edib. Nazarov hər iki görüşdə komandasının bərabərlik qolunun müəllifi olsa da, yekunda Azərbaycan yığması müvafiq olaraq, 1:3 və 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, hazırda Dmitri Nazarovun aktivində 6 qol var. Onlardan 4-ü rəsmi matçlarda vurulub. Nazarov ötən tskildə Bakıda Bolqarıstan  (1:2) və Maltanı (2:0) da məyus edib. Digər 2 qol isə Serbiya (1:4) və Kanada (1:1) ilə yoldaşlıq görüşlərinə təsadüf edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar