Milli Məclis PLENAR İCLASINA BAŞLADI

Milli Məclis PLENAR İCLASINA BAŞLADI
Want create site? Find Free WordPress Themes and plugins.

 Milli Məclisin növbəti plenar iclası başlayıb.

A24.Az “Report”a istinadən xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 25 məsələ daxildir.

Bunlar “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnama”, “Banklar haqqında”, “Kredit büroları haqqında”, “Bank olmayan kredit təşkilatlar haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Yerin təki haqqında”, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İcra haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Tibbi sığorta haqqında”, “Fərdi məlumatlar haqqında” və s. qanunlarına o cümlədən Mülki, Ticarət Gəmiçiliyi, Şəhərsalma və Tikinti, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, yeni “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” (ilk oxunuş) və “Peşə təhsili haqqında” (ikinci oxunuş) qanun layihələri də müzakirəyə çıxarılacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm, Gündəm, Siyasət, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar