Milli Məclis yeni QANUN qəbul edir: Bu məhsulların açıq havada satışı QADAĞAN ediləcək

Milli Məclis yeni QANUN qəbul edir: Bu məhsulların açıq havada satışı QADAĞAN ediləcək
Want create site? Find Free WordPress Themes and plugins.
Küçələrdə heç bir nəzarət olmadan satılan keyfiyyətsiz gün eynəklərinin satışı məhdudlaşdırıla bilər.
A24.Az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, yaxın günlərdə bununla bağlı qanun layihəsi komitədə müzakirə olunacaq.
M.Quliyev bildirib ki, qanun layihəsinə əsasən, həm gün eynəkləri, həm də optik eynəklər mütəxəssislərin iştirakı ilə xüsusi mağazalarda satılacaq: “Layihəyə əsasən, eynək satılan mağazalarda həkim mütəxəssislər olacaq və onlar eynəyi müəyyən edəcəklər. Həmçinin eynəyin alınması, ölkəyə gətirilməsi, saxlanması, standartlara uyğun olub olmamasının müəyyən edilməsi ilə mütəxəssislər məşğul olacaq”.
Deputat vurğulayıb ki, qanun layihəsi qəbul olunarsa, küçələrdə eynək satışına icazə verilməyəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar