A24 Xeber

Milli Məclisin plenar iclası KEÇİRİLİR: 20 məsələ müzakirə ediləcək

Milli Məclisin plenar iclası KEÇİRİLİR: 20 məsələ müzakirə ediləcək
27
24 Aprel 2018 - 9:49

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

A24.Az-ın məlumatına görə, iclasda ilk öncə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiyasının Qanununa baxılacaq.

Daha sonra İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi dinləniləcək və müzakirə ediləcək. Bundan əlavə, “Peşə təhsili haqqında” qanun layihəsi üçüncü oxunuşda, o cümlədən İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Vergi Məcəlləsinə, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və digər qanunlara əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.

Ümumilikdə iclasın gündəliyinə 20 məsələ daxildir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00