A24 Xeber

Millimiz 29-cu saniyədə hesabı açdı – Yeniləndi

Millimiz 29-cu saniyədə hesabı açdı – Yeniləndi
108
06 Sentyabr 2018 - 21:22

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.

“A24.Az” xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycanın gənclərdən ibarət millisi də 8-ci matçına çıxacaq.

Rəşad Sadıqovun çalışdırdığı komandamız doğma meydanda İsraillə üz-üzə gələcək. “Dalğa Arena”da keçiriləcək oyunda millimiz ilk qələbəsini qazanmağa çalışacaq.

Əvvəlki 7 oyunda qələbə qazana bilməmiş U-21 yığmamız cəmi 1 matçda heç-heçə edib, qalan bütün görüşlərdə məğlubiyyətlə üzləşib. Seçmə mərhələnin ilk turu çərçivəsində səfərdə qarşılaşdığımız İsraillə oyunda isə 1:3 hesablı məğlubiyyətə üzülmüşük. İndi komandamız həm həmin məğlubiyyətin qisasını almaq, həm də ilk 3 xalını qazanmaq arzusundadı.

AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup
6 sentyabr

21:00. Azərbaycan – İsrail
Hakimlər: Trustin Farruciya Can, Alan Kamilyeri, Luk Portelli, Malkolm Spiteri.
Bakı. “Dalğa Arena”.

1. Almaniya – 16
2. İrlandiya – 13
3. Kosovo – 11
4. Norveç – 11
5. İsrail – 7
6. Azərbaycan – 1

***

Komandaların start heyətləri belədir:

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşqın (k), Anton Krivotsyuk, 4. Eltun Turabov, 6. Hacıağa Hacılı, 8. Budak Nəsirov, 9. Fəhmin Muradbəyli, 10. Renat Dadaşov, 16. İsmayıl İbrahimli, 17. Ozan Can Kökçü, 20 Yusif Nəbiyev

İsrail: 1. Assaf Tzur, 2. Yosef Raz Meir, 3. Yarden Kohen, 4 İdan Naçmias (k), 5. Amit Bitton, 6. Neta Lavi, 9. Yonatan Kohen, 11. Şon Zalman, 17. Or Dasa, 20. Qavriel Kaniçovski, Moti  Barşazi

***

Matçın başlamağı ilə birlikdə millimiz hesabı açıb. Belə ki, start fitindən sonra dərhal irəli atılan futbolçularımız rəqib qapısı qarşısında pressinq ediblər. 29-cu saniyədə İsrail qapıçısının səhvindən sonra Renat Dadaşov topu qapıdan keçirib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00