Millimiz ABŞ-da finala çıxdı

Millimiz ABŞ-da finala çıxdı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışında millimiz finala çıxıb.

A24.Az xəbər verir ki, yığma komandamız ilk yarış günündə yığmamız Kuba və Qazaxıstanla qarşılaşıb.

Müvafiq olaraq 8:2 və 9:1 hesabı ilə qələbə qazanan güləşçilərimizin final yolunda son görüşü Monqolustana qarşı olub. 7:3 hesablı üstünlük qazanan yığma komandamız finala yüksəlib.

Final görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaq. Final görüşü Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq.

Qeyd edək ki, sərbəst güləş yığmamız əvvəllər iki dəfə Dünya Kubokunun qalibi olub.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar