A24 Xeber

Millimizin Almaniyaya qarşı start heyəti açıqlandı

Millimizin Almaniyaya qarşı start heyəti açıqlandı
603
25 Mart 2017 - 22:39

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prsoneçki 2018-ci il dünya çempionatının seçmə mərhələsində Almaniya yığması ilə sabahkı rəsmi oyuna start heyətini açıqlayıb.

A24.Az sport24.az-a istinadən bildirir ki,xorvatiyalı mütəxəssis Bundestimə qarşı ilk dəqiqələrdən Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Cavid Hüseynov, Əfran İsmayılov və Ramil Şeydayevi meydana buraxacaq.

Kamran qapıda, Rəşadla Bədavi müdafiənin mərkəzində, Pavellə Məhəmməd cinahlarında – müvafiq olaraq sol və sağda yer alacaq. Qara ilə Rahid dayaq yarımmüdafiəçiləri olacaqlar. Nazarov oyun qurucusu funksiyasını yerinə yetirəcək. Yarımmüdafiənin cinahları – sol Cavidə, sağ Əfrana tapşırılacaq. İrəlidə yeganə hücumçumuz Ramil olacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00