A24 Xeber

Milyonlara türk Ərdoğan üçün küçələrə tökülməyə hazırlaşır – “Almaniyanı Ərdoğan qorxusu bürüdü”

Milyonlara türk Ərdoğan üçün küçələrə tökülməyə hazırlaşır – “Almaniyanı Ərdoğan qorxusu bürüdü”
217
22 İyun 2017 - 16:26

İyulun 7-8-də Almaniyada “Böyük 20-lik” (G20) ölkələrinin zirvə sammiti keçiriləcək.

Bu münasibətlə Almaniyaya gedəcək Türkiyə prezidentinin türk vətəndaşlarla görüşü planlaşdırılır.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sammitdən sonra, iyulun 9-da keçirilməsi nəzərdə tutulan görüş üçün bir neçə məkana müraciət olunsa da, müsbət cavab gəlməyib.

Belə ki, Almaniyanın KRV əyalətində keçirilməsi planlaşdırılan tədbir üçün “Düsseldorf ISS Doma” adlı salon görüş müraciətini rədd edib. “ISS Doma” sözçüsü Culiya Kaballo bunu aparılan təmir işləri ilə əlaqələndirib.

Oberhausen şəhərindəki “König-Pilsner-Arena”ya edilən müraciət də nəticəsiz qalıb. “Dortmund Westfalenhalle” salonu isə eyni tarixdə başqa bir tədbirin keçiriləcəyini bildirərək müraciəti qəbul etməyib.

Alman mətbuatında yayılan məlumata görə, Almaniya Xarici İşlər Nazirliyinin rəsmiləri bu tədbirlə bağlı Türkiyə tərəfindən hər hansı bir müraciət olunmadığını açıqlayıb.

Avropalı Türk Demokratlar Birliyi (UETD) də bu mövzu ilə əlaqədar məlumatlarının olmadığını bildirib.

Xatırladaq  ki, aprel ayında Konstitusiya dəyişikliklə bağlı referendum ərəfəsində Türkiyə millət vəkillərinin Almaniyada türklərlə görüşmək tələbi də Ankara və Berlin arasında ciddi böhrana səbəb olmuşdu.

Qeyd edək ki, görüş baş tutmayacağı təqdirdə türkəsilli milyonlarla alman vətəndaşının etiraz edib küçələrə çıxması  gözlənilir.

 A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00