A24 Xeber

Milyonluq yeyintinin olduğu komitə “lider” oldu – ANALİZ

Milyonluq yeyintinin olduğu komitə “lider” oldu – ANALİZ
84
02 Aprel 2018 - 14:50

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən dövlət komitələri ilə bağlı mart ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 5605 xəbər yerləşdirilib. Bunlardan 411-i müsbət, 12-si mənfi və 5182-si isə neytral xəbərlərdir.

Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (400 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması) və Diasporla İş üzrə Dövlət Komitəsinə (11 xəbər – Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib) məxsusdur.

Mənfi xəbərlər isə Dövlət Gömrük Komitəsi (8 xəbər – Aydın Əliyevin komitəsində milyonluq yeyinti) və Əmlak Məsələləri Dövlət Komitəsinə (4 xəbər – Kərəm Həsənovun xəyanət və imperatorluq tarixçəsi) aiddir.

Xəbər sayına görə sıralama:

1Dövlət Gömrük Komitəsi1674 xəbər
2Diasporla İş üzrə Dövlət Komitəsi798 xəbər
3Dövlət Statistika Komitəsi770 xəbər
4Əmlak Məsələləri Dövlət Komitəsi670 xəbər
5Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi587 xəbər
6Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi404 xəbər
7Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi280 xəbər
8Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi260 xəbər
9Şəhərsalma və Arxitektura Komitəsi135 xəbər
10Torpaq və Xəritəçəkmə Komitəsi16 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1021 xəbər dərc edilib. Bu xəbərlərdən 982-si neytral, 39-u isə müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsinə (39 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması) məxsusdur. Mart ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1Dövlət Gömrük Komitəsi228 xəbər
2Dövlət Statistika Komitəsi179 xəbər
3Əmlak Məsələləri Dövlət Komitəsi159 xəbər
4Diasporla İş üzrə Dövlət Komitəsi146 xəbər
5Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi102 xəbər
6Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi100 xəbər
7Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi48 xəbər
8Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi45 xəbər
9Şəhərsalma və Arxitektura Komitəsi9 xəbər
10Torpaq və Xəritəçəkmə Komitəsi3 xəbər

Mart ayında televiziya kanallarında komitələr haqqında 616 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi135 xəbər
2Dövlət Gömrük Komitəsi129 xəbər
3Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi83 xəbər
4Dövlət Statistika Komitəsi78 xəbər
5Diasporla İş üzrə Dövlət Komitəsi76 xəbər
6Əmlak Məsələləri Dövlət Komitəsi58 xəbər
7Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi37 xəbər
8Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi18 xəbər
9Şəhərsalma və Arxitektura Komitəsi2 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00