Mingəçevir İES-də partlayış - Azərbaycan işıqsız qaldı - ƏTRAFLI - VİDEO

Mingəçevir İES-də partlayış – Azərbaycan işıqsız qaldı – ƏTRAFLI – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gecə Mingəçevir İES-də partlayış baş verib.

“A24.az” xəbər verir ki, hazırda vəziyyət nəzarət altındadır.

FHN-dən APA-ya verilən məlumata görə yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır. “Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur”, – deyə FHN rəsmisi bildirib.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Məlumata görə ölkənin şimal rayonlarında, Bakıda dövlət əhəmiyyətli obyektlərdə elektrik enerjisinin verilişi bərpa edilib. Bir neçə saat ərzində isə bütün ölkə ərazisində elektrik enerjisinin verilişi bərpa edilib.

Azərbaycan prezidentin Mətbuat Xidməti də Mingəçevir İES-da baş verən hadisə ilə əlaqədar məlumat yayıb. Məlumatda hadisənin prezidentin nəzarətində olduğu bildirilib:

“İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb. Vəziyyət Azərbaycan Respublikası prezidentinin daim nəzarətindədir”.

Qeyd edək ki, iyulun 2-ci gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Hadisə zamanı ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayandırılıb. Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar