Mingəçevir su elektrik stansiyası yenidənqurmadan sonra bu il istifadəyə veriləcək

Mingəçevir su elektrik stansiyası yenidənqurmadan sonra bu il istifadəyə veriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

“Cari ildə elektroenergetika sistemində bir sıra yeniliklərin olacağı gözlənilir”.

A24.Az APA-ya istinadən xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

E.Pirverdiyevin sözlərinə görə, 2010-2017-ci illərdə aparılan yenidənqurma işləri çərçivəsində gücü 424 MVt-a çatdırılmış Mingəçevir su elektrik stansiyasının bu il istifadəyə verilməsi nəzərdə tutulur.

“2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə “Şimal-2” elektrik stansiyasının təməli qoyulub. Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari ildə istismara verilməsi gözlənilir. Lerik rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi də geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu qəbildən olan “Astara-1”, “Oğuz-1”, “Oğuz-2” və “Oğuz-3” kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur”, – deyə “Azərenerji” ASC-nin prezidenti deyə vurğulayıb.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar