A24 Xeber

Mingəçevirdə avtobus traktorla toqquşdu: Yaralılar var

Mingəçevirdə avtobus traktorla toqquşdu: Yaralılar var
40
16 May 2018 - 21:27

Mingəçevir şəhərində yol qəzası baş verib. 

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyevprospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 saylı marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin – 1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyeva və digər gənc xanım yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00