Mingəçevirdə iki ailə arasında kütləvi dava düşdü

Mingəçevirdə iki ailə arasında kütləvi dava düşdü
Want create site? Find Free WordPress Themes and plugins.

Mingəçevir şəhərində məskunlaşmış, əslən Kəlbəcər rayonundan olan iki ailə arasında kütləvi dava olub.

A24.Az xəbər verir ki, hadisə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 1 saylı Dəmir Beton Məmulatları Zavodunun həyətində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Süleyman Əmirxan oğlu Ələkbərovla 1993-cü il təvəllüdlü Ömər Akif oğlu Ağaxanov arasında yaranan mübahisəyə sonradan onların yaxınları da qoşulub. Nəticədə kütləvi dava olub.

Hadisə zamanı bir ailənin iki üzvü – Süleyman Ələkbərovun çənəsi sınıb, Nazilə Ələkbərova isə qarın, bel və üz nahiyəsindən müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, Ömər Ağaxanov dava vaxtı içkili olub. Fakt Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırılır. (report)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar