A24 Xeber

Mingəçevirdə iki maşın toqquşdu: yaralananlar var – FOTOLAR

Mingəçevirdə iki maşın toqquşdu: yaralananlar var – FOTOLAR
21
13 İyun 2018 - 2:42

Mingəçevir şəhərində yol qəzası baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, şəhərin Heydər Əliyevprospekti ilə Nizami küçəsinin kəsişməsində “VAZ-2107” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində ikinci maşının 1989-cu il təvəllüdlü sürücüsü Aşurov Nurlan İnqilab oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində yüngül xəsarət alan bir azyaşlı uşağa isə yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00