Mingəçevirdəki qəzanın araşdırılması üçün komisiya yaradıldı - Prezidentdən sərəncam

Mingəçevirdəki qəzanın araşdırılması üçün komisiya yaradıldı – Prezidentdən sərəncam
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 

A24.Az xəbər verir ki, sərəncamda 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verdiyi, bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yarandığı bildirilir.

Baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

 Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiya sədrinin müavini

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının Baş prokuroru

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru.

2. Dövlət Komissiyası:

2.1. hadisənin baş verməsi səbəblərini araşdırsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

2.3. görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.

3. Azərbaycan Respublikasının Baş Prokurorluğu baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsin.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar