A24 Xeber

Misirin dövlət başçısı və Mərakeşin Kralı Prezident İlham Əliyevi təbrik edib

Misirin dövlət başçısı və Mərakeşin Kralı Prezident İlham Əliyevi təbrik edib
47
20 Aprel 2018 - 2:19

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

A24.Az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Prezident seçkilərində qələbəniz və dövlət başçısı səlahiyyətlərini yenidən icra etməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük sevinc hissi duyur, dost xalqınızın ümid və istəklərini yerinə yetirmək istiqamətində şərəfli yolunuzun davamında uğurlar arzulayıram.

Sözsüz ki, seçkilərdə yüksək səs çoxluğu ilə qələbəniz xalqınızın Sizin müdrik rəhbərliyinizlə əldə etdiyi uğurları davam etdirmək əzminin əyani sübutudur.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız üçün firavanlıq və rifaha yeni üfüqlər açan bütün sahələrdə qarşılıqlı əməkdaşlıq yollarının inkişafının əhəmiyyətini vurğulamaq istərdim.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.

Bundan başqa, Mərakeşin Kralı Əlahəzrət VI Məhəmməd də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli Prezident, Əziz Qardaşım.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Ali dövləti vəzifənizdə uğurlarınızın davamlı olmasını, qardaş Azərbaycan xalqının maraqları naminə və ölkənizi bundan sonra da tərəqqiyə doğru aparmaq fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan xalqı Sizə yenidən etimad göstərərək Zati-alinizin müdrik dövlət xadimi kimi keyfiyyətlərini, eləcə də Azərbaycanın hərtərəfli və davamlı inkişafı istiqamətində apardığınız əzmkar və yorulmaz fəaliyyətinizi çox yüksək qiymətləndirdiyini nümayiş etdirdi.

Ölkələrimiz arasında səmərəli və dinamik inkişaf edən əməkdaşlıq münasibətlərinin indiki səviyyəsindən məmnunluq duyuram.

Zati-aliləri, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək istiqamətində Sizinlə işləməyə davam etmək istərdim. Bu isə xalqlarımızın maraqlarına xidmət etməyin və onların arasındakı qardaşlıq əlaqələrinin təcəssümüdür”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00