MLS-də ən çox qazanan futbolçuların adları açıqlandı - SİYAHI

MLS-də ən çox qazanan futbolçuların adları açıqlandı – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

MLS-in (ABŞ çempionatı) ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, liqanın futbolçular assosiasiyası 2018/19 mövsümündə ən çox qazanacaq oyunçuları müəyyənləşdirib.

Cədvələ “Toronto”nun yarımmüdafiəçisi Sebastyan Covinko başçılıq edir. Onun qazancı 7,1 milyon dollar olacaq. İlk onluqda Maykl Bredli (“Toronto”, 6,5 milyon), Karlos Vela (“Los-Anceles”, 6,29 milyon), Bastian Şvaynştayger (“Çikaqo”, 6,1 milyon), Covanni dos Santos (“Los-Anceles Qalaksi”, 6 milyon), David Vilya (“Nyu York Siti”, 5,6 milyon, Jozi Altidor (“Toronto”, 5 milyon), İqnasio Pyati (“Monreal”, 4,7 milyon), Tim Hovard (“Kolorado”, 2,47 milyon) və Diyeqo Valeri (“Portlend”, 2,39 milyon) də ilk “onluq”da yer alıb.

Maraqlıdı ki, isveçli Zlatan İbrahimoviç liderlərdən uzaq düşüb. “Los Anceles Qalaksi”dəki qazancı 1,5 milyon dollar olan futbolçu siyahıda 25-cidi.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar