A24 Xeber

Mobil cihazların qeydiyyatına dövlət rüsumu tətbiq olunacaq

Mobil cihazların qeydiyyatına dövlət rüsumu tətbiq olunacaq
194
12 İyun 2018 - 15:54

Bu gün Milli Məclisin plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi təsdiq olunub.

A24.Az xəbər verir ki, layihəyə görə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq.

Layihədə nəzərdə tutulan digər dəyişikliyə əsasən, hər il üçün fiziki şəxslər tərəfindən avtomobillərin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00