Möcüzə yaradan üç sadə komponent - Alman təbiblərinin gizli resepti

Möcüzə yaradan üç sadə komponent – Alman təbiblərinin gizli resepti
Want create site? Find Free WordPress Themes and plugins.

Təbii vasitələrlə müalicə; ən səmərəli, məhsuldar və zərərsiz üsul…

A24.az xəbər verir ki, təzyiqi normaya salan reseptin bir çox faydaları vardır.

Zəncəfil, sarımsaq və limon qarışığı

Bu reseptin vətəni Almaniyadır. Cövhər üç güclü inqrediyentlərdən ibarətdir: Zəncəfil, sarımsaq və limon. Bitkilərin hər biri özlüyündə çox faydalıdır, amma onlar birləşəndə daha böyük möcüzələr yarada bilər.

Sarımsaq yaxşı antiseptik və antibakterial xüsusiyyətləri ilə tanınır. Sarımsağın tərkibinə geniş mikroelementlər spektri daxildir: Natrium, kalium, kalsium, sink, fosfor, mis damarlara müsbət təsir göstərir. Bundan başqa, sarımsaq C, B6 vitaminləri və manqanla zəngindir.

Zəncəfil təbii antioksidant mənbəyi kimi tanınır. Həmçinin o, həzm problemlərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Zəncəfili heyrətamiz xüsusiyyətlərə malik olan bitki hesab edirlər. Onun tərkibinə daxil olan maddələr yoğun bağırsaq xərçənginin profilaktikası və müalicəsi üçün effektiv vasitədir.

Və nəhayət limon C vitamini anbarı hesab olunur. Meyvə orqanizmdə turşululuq səviyyəsini tənzimləyən qələvi xüsusiyyətlərə malikdir. Bundan əlavə, sitrus meyvəsi orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərir, immun reaksiyalar artırır və mübadilə proseslərini sürətləndirir.

Limon, zəncəfil və sarımsaq qarışığı arteriya və təzyiqi ilə mübarizədə gözəl və səmərəli vasitə olacaq.

İnqrediyentlər:

4 limon

4 baş sarımsaq

2 xörək qaşığı sürtgəcdən keçirilmiş zəncəfil

2 stəkan su

Hazırlanması:

1. Limon və zəncəfili ehtiyatla yuyun.

2. Limonu qabığı ilə birlikdə doğrayın.

3. Sonra sarımsaq və zəncəfili təmizləyin.

4. Zəncəfil, sarımsaq və limon dilimlərini birlikdə blenderdən keçirin.

5. Qarışığı qazana tökün və su əlavə edin. Cövhər qaynayana qədər daim qarışdırın.

6. Daha sonra mayeni bankaya süzüb soyuducuda saxlayın.

Mayeni səhər yeməyinə 2 saat qalmış acqarına 1 stəkan için. Müalicə kursunu üç həftə ərzində davam edin. Zövq üçün içkiyə bal da əlavə etmək olar! Sonra bir həftə fasilə verin və daha sonra eyni müddət ərzində müalicəyə yenidən başlayın.

Bu cövhər qan təzyiqini tənzimləməyə, sabitləşdirməyə və ümumi vəziyyəti yaxşılaşdırmağa, immuniteti möhkəmləndirməyə qısa müddətdə arteriyaları təmizləməyə kömək edəcək. (publika.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar