A24 Xeber

Modelyer zibildən paltar hazırladı – Dəfilə təşkil edəcək – FOTOLAR

Modelyer zibildən paltar hazırladı – Dəfilə təşkil edəcək – FOTOLAR
196
30 İyun 2017 - 10:11

Antalyalı meyk ap artist və modelyer Mustafa Demir tullantılardan müxtəlif cür geyim hazırlayıb.

A24.Az xəbər verir ki, modelyer hazırladığı geyimlərdən 11-nin kataloq çəkilişlərini aparı.  Məşhur modelyerlərin də iştirakı ilə çəkilən şəkillər böyük maraq doğurub.  Plastik  su qabları, qapaq,   kağız,  sellofan, plastik çəngəl və bıçaqlardan istifadə edilərək hazırlanan paltarlar “Hər tullantı zibil deyildir” sloqanı ilə təqdim ediləcək. Dəfilə İstanbul, Ankara və İzmirdə keçiriləcək. Modelyer qeyd edib ki,  hədəfi tullantılardan 30 dəst paltar hazırlamaqdır.

Paltarları Esline Ajans A kadr mankenləri Pərihan Koz, Olya Jumagylyjova, Irmak Dağcı, Ecehan Çalışkan, Deniz Dursun, Begüm Düzel, Julia Sky, Sahar Delhevas kimi modellər geyinib. Modelyer M.Demir bununla da insanları ətraf mühitin mühafizəsinə çağırıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00