A24 Xeber

23 yaşlı Ayaz Babayev müğənnilik fəaliyyətinə yeni başlasa da, uğurları az deyil və hədəflərinin yüksək olduğunu qeyd edir.

Nailə Mirməmmədlinin tələbəsi olan gənc müğənni pop rokla yanaşı xalq mahnıları, bəstəkar mahnıları da ifa edir.

A24.az-a eksklüziv müsahibə verən Ayaz Babayev yerli müğənnilərdən də incidiyini qeyd edib:

“Bəzi müğənnilər var ki, mahnısını ifa edirsən, deyir mənə nə xoş ki, mahnılarıma müraciət ediblər, ancaq bir çoxları da var ki, üzümə xoş davranıb sonra arxamca şikayət edir. Miri Yusifi sevərək dinləyirəm, bir mahnısını ifa etdim, gecə saat 3-də prodüseri zəng vurub məhkəməyə verəcəkləri ilə hədələdi. Mən də azərbaycanlıyam da, düşmən deyiləm ki?!

Günay İbrahimli ilə gözəl dostluğum var, onun mahnısını da bir dəqiqəlik cover elədim, özümə dedi çox gözəl oxumusan, ancaq “You Tube”dan şikayət etdirib mahnını sildirdi. Onu sildirmək mənim, dostlarımın əməyinə hörmətsizlikdir. Düzü çox incidim.

“Sehirli pərdə” musiqili programinin iştirakçısı, “The New Voice- 2016” nın qalibi olmuşam. “Modern Talking” qrupunun “You’re My Heart, You’re My Soul” mahnısını ifa etmişdim, onlar da öz rəsmi “Facebook” səhifələrində bu ifanı paylaşmışdılar. “

A24.az sizə sözügedən müsahibəni təqdim edir:

Brilyant Rəsulova, Fərid Orucov // A24.az

23 yaşlı Ayaz Babayev müğənnilik fəaliyyətinə yeni başlasa da, uğurları az deyil və hədəflərinin yüksək olduğunu qeyd edir. Nailə Mirməmmədlinin tələbəsi olan gənc müğənni pop rokla yanaşı xalq mahnıları, bəstəkar mahnıları da ifa edir. A24.az-a eksklüziv müsahibə verən Ayaz Babayev yerli müğənnilərdən də incidiyini qeyd edib: “Bəzi müğənnilər var ki, mahnısını ifa edirsən, deyir mənə […]

“Modern Talking” dəstək olur, Miri Yusif isə məni məhkəməyə verir

454