Azərbaycan Qran Prisi - Qalib Daniel Rikkardodur!

Möhtəşəm yarış, fantastik qələbə!
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının mərkəzi küçələrindən keçən gözəl trasda yarışmaq yeni maşınlarla daha çətin olub. Həftəsonu ərzində baş tutan heç bir sessiya qəzasız ötüşməyib və demək olar ki, səhv etməyən sürücü olmayıb. Sebastyan Fettel Bakıya çempionatda 12 xallıq fərqlə lider kimi gəlib. İsti hava və asfalt Ferrari-nin lehinə olub – komanda təkərlərlə yaxşı işləyir.

A24.az bildirir ki, cümə günü birinci və ikinci sərbəst yürüşlərdə Ferstappen lider olub, şənbə günü baş tutan son məşqlərdə isə Bottas protokollara başçılıq edib. Rikkardonun qəzasından sonra qırmızı bayraqla dayandırılan drammatik sıralanma turunda Həmilton son anda poulun sahibi olub. Bottas ona yarım saniyə uduzsa da, yarışa ön cərgədən başlamağa haqq qazanıb. Startda ikinci cərgəni Ferrari sürücüləri, üçüncü cərgəni isə Fertappenlə Peres zəbt ediblər.

Güc qurğusundakı dəyişikliklərə görə Alonso 40, Vandorn 35, Kanadadakı qəzaya görə isə Sayns üç yer itirmək cəzası alıb. Sıralanma turunda iştirak edə bilməməsinə baxmayaraq, stüardlar tərəfindən yarışa buraxılan Palmer son yerdən start alıb.

Təkərlər yenə də həftəsonunun ən çox danışılan mövzularından olub. Pirelli Azərbaycan Qran Prisinə Medium, Soft və SuperSoft tərkibləri gətirib. Hətta SuperSoft təkərlər də Bakı trası üçün çox sərt olub. Yarışa Qrojan, Eriksson və Vandorn Soft təkərlərlə, yerdə qalan sürücülər isə SuperSoft təkərlərlə başlayıblar.

Starda Həmilton liderliyini qoruyub, Bottas Rəykkönenlə təmasdan sonra təkəri deşildiyindən yavaşımalı olub, Rəykkönen isə beşinci yerə qədər geriləyib. Sayns yerində fırlanıb, lakin yarışa davam edə bilib. 2-ci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Fettel – Peres – Ferstappen – Rəykkönen – Massa – Okon – Stroll – Rikkardo – Hülkenberq.

Bottas yavaş-yavaş boksa gəlib – onun təkərini deyişiblər. Həmilton Fettellə fərqi 2 saniyəyə qaldırıb və DRS hücumlarından özünü qoruyub. Qrojan üçüncü, Rikkardo və Vandorn 6-cı dövrədə pit-stop ediblər. Palmer 8-ci dövrədə maşını saxlayıb – britaniyalı maşındakı problemlərə görə yarışı dayandırmalı olub. 11-ci dövrədə isə Kvyat elektronik problemlərə görə mübarizəni dayandırın. Ferstappen Peresə hücumlar edib, lakin motoru sıradan çıxdığı üçün yarış onun üçün başa çatıb. Kvyatın maşınının təxliyə edilməsi üçün Təhlükəsizlik Maşını trasa çıxıb. TM-in arxasında ilk onluq belə olub: Həmilton – Fettel – Peres – Rəykkönen – Massa – Okon – Stroll – Hülkenberq – Maqnussen – Rikkardo.

Restart 16-cı dövrədə verilib – Həmilton liderliyini qoruyub, Massa və Okon Rəykköneni ötüblər. Lakin TM yenidən trasa çıxıb. Start düzlüyündə və trasın müxtəlif yerlərindəki qırıntıları təmizləmək lazım gəlib. Peleton start düzlüyündən yox, pit yolundan keçməli olub. 19-cu dövrədə restart verilib. Bundan bir qədər əvvəl isə Fettel sürətini xeyli azaltmış Həmiltona arxadan çırpılıb. Alman sürücü bir qədər sürətlənib, Lyuisə əl işarələri ilə etirazını bildirib və maşını onun üzərinə sürüb.

Mübarizə yenidən başlayıb. Okon və Peres toqquşublar və komanda yoldaşlarının maşınları xəsarət alıb. Peres maşını boksa sürüb, Okon isə mübarizəyə davam edib. Rəykkönenin maşınının sağ arxa təkəri deşilib və finlandiyalı da boksa yollanıb. Əvvəl TM 3-cü dəfə trasa çıxıb, bir qədər sonra isə trasda qırıntılar çox olduğundan, yarış qırmızı bayraqlarla dayandırılıb. Sürücülər pit-leynə qayıdıblar. Mexaniklər təkərləri dəyişiblər. Peresin maşınının sınmış asması yenisi ilə əvəzlənib, Rəykkönenin maşını isə təmir olunub. Hər iki sürücü bir dövrə geridən mübarizəni davam etdirib. Lakin bir qədər sonra onlara qayda pozuntusuna görə cərimə verilib. Fasilə 25 dəqiqə davam edib. Yarış Təhlükəsizlik Maşınının arxasında yenidən başlayıb.  TM-in arxasında ilk onluq belə olub: Həmilton – Fettel – Massa – Stroll – Rikkardo – Hülkenberq – Maqnussen – Alonso – Sayns – Qrojan.

TM trası tərk edib və Həmilton bu dəfə də mövqeyini əldən verməyib. Stroll Massanı qabaqlayıb, Rikkardo isə onların hər ikisini ötüb. Hülkenberqin maşını divara toxunub və asılqanı sınıb. Alman sürücü səkkizinci döngədəki təhlükəsizlik zonasında maşını saxlayıb. Arxa amartizatordan şikayət edən Massa üçün də yarış başa çatıb. Okon yeddincilik uğrunda mübarizədə Okonu qabaqlayıb. 30-cu dövrədən sonra ilk onluq: Həmilton – Fettel – Rikkardo – Stroll – Maqnussen – Alonso – Okon – Sayns – Bottas – Qrojan.

Həmiltonun maşınında boyunaltı yerindən çıxıb. Sürücü bunu düzəltməyə çalışsa da, alınmayıb. Nəticədə pit-leynə yollanıb, problemin aradan qaldırılması britaniyalı üçün vaxt itkisi ilə nəticələnib və liderliyi əldən verib. Fettelə Lyuislə insidentə görə 10 saniyəlik Stop&Go cəzası verilib. Alman sürücü 34-cü dövrədə cəzasını çəkmək üçün pitə gəlib və trasa Həmiltonun önündə qayıdıb. 34-cü dövrədən sonra ilk onluq belə olub: Rikkardo – Stroll – Maqnussen – Okon – Alonso – Bottas – Fettel – Həmilton – Sayns – Qrojan.

Həmilton və Fettel Alonsonu, Bottas və Okon isə Maqnusseni qabaqlayıb. 39-cu dövrədə Bottas üçüncü yer uğrunda mübarizədə Okonu geridə qoyub. İki dövrə sonra Peres yarışı dayandırıb. Həmilton və Fettel də Okonu qabaqlayıblar. Bottas ikinci yerdəki Strolla olan 10 saniyədən çox fərqi hər dövrədə azaltmağa başlayıb. 45-ci dövrədən sonra ilk onluq belə olub: Rikkardo – Stroll – Bottas – Fettel – Həmilton – Okon – Maqnussen – Sayns – Alonso – Verlyayn.

Yarışın sonuna 5 dövrə qalmış Rəykkönen də mübarizəni dayandırıb. Bottas kanadalıya xeyli yaxınlaşıb, Həmilton isə Fettelə hücumlar təşkil etməyə başlayıb. Rikkardo finiş xəttini hamıdan tez keçərək Bakıda keçirilən ikinci yarışın qalibi olub. Bottas isə Strollu son metrlərdə üstələməyi bacarıb.

Daniel Rikkardo mövsümdə ilk, karyerasında 5-ci qələbəsini qazanıb. Ləns Stroll Formula1 tarixində ən gənc yaşda podiuma çıxan sürücü ünvanını Maks Ferstappendən alıb. Fernando Alonso komandasına mövsümdə ilk xalları qazandırıb, Paskal Verlyayn da yenidən xal zonasına düşə bilib.

Bakı küçələri uzun müddət müzakirə olunacaq unudulmaz yarışa səhnə olub. Mübarizə 2 həftə sonra Şpilberqdə qaldığı yerdən davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 3 Daniel Rikkardo Red Bull 2:03.55.573 3
2 77 Valtteri Bottas Mercedes AMG + 0:03.904 3
3 18 Ləns Stroll Williams + 0:04.009 2
4 5 Sebastyan Fettel Ferrari + 0:05.976 2
5 44 Lyuis Həmilton Mercedes AMG + 0:06.188 2
6 31 Esteban Okon Force İndia + 0:30.298 3
7 20 Kevin Maqnussen Haas + 0:41.753 2
8 55 Karlos Sayns Toro Rosso + 0:49.400 2
9 14 Fernando Alonso McLaren + 0:59.551 2
10 94 Paskal Verlyayn Sauber + 1:29.093 3
11 9 Markus Eriksson Sauber + 1:31.794 2
12 2 Stoffel Vandorn McLaren + 1:32.160 3
13 8 Roman Qrojan Haas +1 dövrə 4
14 7 Kimi Rəykkönen Ferrari сход 2

Sürətli dövrə: Sebastyan Fettel (Scuderia Ferrari) – 1:43.441 (57-ci dövrə, 280.919 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Serxio Peres Force İndia 39 mexaniki problem
Felipe Massa Williams 25 amortizator
Niko Hülkenberq Renault 24 qəza
Maks Ferstappen Red Bull 12 mexaniki problem
Daniil Kvyat Toro Rosso 9 elektronik problem
Colion Palmer Renault 7 mexaniki problem

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 5 Sebastyan Fettel Scuderia Ferrari 153
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 139
3 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 111
4 3 Daniel Rikkardo Red Bull Racing 92
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 73
6 33 Maks Ferstappen Red Bull Racing 45
7 11 Serxio Peres Sahara Force İndia F1 Team 44
8 31 Esteban Okon Sahara Force İndia F1 Team 35
9 55 Karlos Sayns Scuderia Toro Rosso 29
10 19 Felipe Massa Williams Martini Racing 20
11 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 18
12 18 Ləns Stroll Williams Martini Racing 17
13 20 Kevin Maqnussen Haas F1 Team 11
14 8 Roman Qrojan Haas F1 Team 10
15 94 Paskal Verlyayn Sauber F1 Team 5
16 26 Daniil Kvyat Scuderia Toro Rosso 4
17 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 2

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 250
2 Scuderia Ferrari Mercedes 226
3 Red Bull Racing TAG Heuer 137
4 Sahara Force İndia F1 Team Mercedes 79
5 Williams Martini Racing Mercedes 37
6 Scuderia Toro Rosso Renault 33
7 Haas F1 Team Ferrari 21
8 Renault Sport Formula 1 Team Renault 18
9 Sauber F1 Team Ferrari 5
10 McLaren Honda Formula 1 Team Honda 2
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar