Molla Bakının bu kəndində Quran oxumaq üçün "tas" qoydu - 200 manatı olmayanın ölüsü duasız qalır - RƏZALƏT

Molla Bakının bu kəndində Quran oxumaq üçün “tas” qoydu – 200 manatı olmayanın ölüsü duasız qalır – RƏZALƏT
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Digah kəndində mollanın rüşvətxorluğundan bezən sakinlər şikayət edirlər. 

“A24.az” bildirir ki, bu barədə sakinlər “Faktor.az”a müraciət edib. Belə ki, kənddə birinin evində rəhmətə gedən oldusa, Molla Əliverdinin cibi bayram edir. Adıçəkilən mollanın mərasimə təşrif buyurması bir az baha başa gəlir. Belə ki, onun “müqəddəs dilindən” Quran ayələrini eşitmək istəyirsinizsə, 200 manat verməlisiniz. Bunun ailənin büdcəsinə aidiyyatı yoxdur.

Kənd sakinlərindən biri əhvalatı belə nəql etdi. Deyir ki, ailənin imkanı yoxdur deyə mollaya 50 manat verdi. Amma o, pulu geri qaytarıb, az olduğunu deyib və “üstünü düzətməsini” istəyib.

150 manat vermiş olsan da sənə 50 manat borclu qaldığını deyir. Elə bu hadisənin birinə özüm şahid oldum. 40 mərasiminə gələn “Mötəbər molla” gedərkən gəlmədiyi bir günün əvəzinə 20 manatı almadı, ancaq 180 manat alacağını və 130 manatı alaraq 50 manatı sabah çatdırılması gərəkdiyini söylədi.

Həmin kənddə isə Kəndin İcra Nümayəndiliyi tərəfindən yas mərasimlərində yemək verilməsi qadağan edilib. Çünki kənd sakinlərinin hamısı eyni maddi durumda deyil. Yaxınını, doğmasını itirən kəslər bir də yüksək səviyyədə mərasim keçirməyin dərdini çəkməsin.

Ancaq bu mollanın “qiymətini” kim belə yüksək verib, mərasimdə mollanın aldığı “zəhmət haqqı”nı kim müəyyən edib və bunun qarşısını kim alacaq? İndi kənd sakinlərini narahat edən ən böyük sual budur.

Məsələ ilə bağlı QMİ-nin mövqeyini yaymağa hazırıq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar