Mollalardan inanılmaz addım: nəzir pulunu toplayıb Leninə heykəl qoydular – VİDEO

Mollalardan inanılmaz addım: nəzir pulunu toplayıb Leninə heykəl qoydular – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Tacikistanda mollalar məsciddə toplanmış nəzir pullarını Leninin heykəlinin düzəldilməsinə istifadə ediblər.

“A24.az” xəbər verir ki, Şaruz şəhərində Leninin heykəli iki il öncə naməlum şəxslər tərəfindən aşırılıb.

Şəhər bələdiyyəsinin nümayəndəsi Mehriniso Rajabova bildirib ki, heykəlin restavrasiya edilməsi təklifi mollalardan gəlib.

“Mollalar topladıqları pullarla heykəli düzəltdilər, həmçinin, heykəlin qoyulduğu parkı da səliqəyə saldılar”, – deyə bələdiyyə nümayəndəsi bildirib.

Adının açıqlanmadığı mollalardan biri heykəlin restavrasiya edilməsi üçün hər məsciddən 100 dollar topladıqlarını açıqlayıb.

Mollaların müsəlmanların ianələri ilə ateizmi təbliğ edən Leninə heykəl qoyması birmənalı qarşılanmayıb.

Publika.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar