A24 Xeber

Morqan Frimen cinsi zorakılıqda ittiham olunur

Morqan Frimen cinsi zorakılıqda ittiham olunur
36
25 May 2018 - 1:37

 Səksən yaşlı Hollivud aktyoru Morqan Frimen bir neçə qadın tərəfindən cinsi zorakılıqda və yolverilməz hərəkətlərdə ittiham olunub.

Bu barədə cümə axşamı jurnalist araşdırmasının nəticələrinə əsasən CNN teleşirkəti məlumat yayıb.

Araşdırmaya görə, qadınlardan biri “Yaxşı getmək” (2016) komediyasının çəkilişləri zamanı bir neçə ay ərzində hər gün aktyorun zorakı hərəkətlərinə məruz qalıb. Qadının sözlərinə görə, Frimen daim ona əl qaldırıb, geyim və bədən quruluşu barədə təhqiredici ifadələr işlədib.

Daha iki qadın “Aldanma illüziyası” (2013) filminin çəkilişləri zamanı yaradıcı heyətin tərkibində “Oskar” mükafatçısının təhqirlərinə məruz qalıb. Qadınlar Firmeni açıq seksual tərkibli zəhlə tökən iradlar bildirməkdə günahlandırırlar və bunu zorakılıq kimi qəbul edirlər.

Araşdırma zamanı CNN 16 qadınla söhbətləşib və onlardan 8-i özünü aktyor tərəfindən ya cinsi zorakılığın, ya da yolverilməz hərəkətlərin qurbanı hesab edib.//report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00