A24 Xeber

Moskvada hava limanını su basdı – VİDEO

Moskvada hava limanını su basdı – VİDEO
126
30 İyun 2017 - 21:01

Moskvada yağan leysan yağışları “Şeremetyevo” hava limanında bir sıra fəsadlar yaradıb.

A24.Az-ın məlumatına görə, cümə günü, iyunun 30-da, Instagramdayerləşdirilən videodan görünür ki, aeroportun əməkdaşları dizə qədər su içində hərəkət edirlər.

“Uçuş-enmə zolağını su basmayıb. Hər şey qaydasındadır”, – hava limanının mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Qeyd edək ki, Rusiyanın paytaxtında qeyri-sabit hava şəraiti gecə yarısınadək davam edəcək.

Son məlumata görə, Moskva vilayətində qasırğa zamanı ən azı üç nəfər ölüb, daha beş nəfər isə xəsarət alıb.(oxu.az)

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00