A24 Xeber

Moskvada iki erməni qardaş güllələndi

Moskvada iki erməni qardaş güllələndi
186
15 Mart 2017 - 21:00

Moskvanın Solntsevo rayonunda Ermənistandan olan iki qardaş atışma nəticəsində yaralanıb.

Hadisə avtobus dayanacağında baş verib.

Belə ki, onlar “Jiqulu” markalı avtomobillə taksi sürücülüyü edirlər. Ənənəvi sarı rəngli taksidən düşən iki nəfər onlara atəş açaraq, hadisə yerindən qaçıb. Qardaşlardan birinin vəziyyəti ağırdır.

Məlumata görə, hadisə taksi sürücülərinin rəqabət zəminində baş verib. Yerli taksi sürücüləri bu yolla rəqibləri sıradan çıxarırlar. (Report)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00