A24 Xeber

Moskvada jurnalist Orxan Camalla vida mərasimi keçirilir

Moskvada jurnalist Orxan Camalla vida mərasimi keçirilir
43
07 Avqust 2018 - 15:53

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Cümə məscidində Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən jurnalist Orxan Camal ilə vida mərasimi keçirilir.

Mərhumun xatirəsinə cənazə namazı qılınıb.

Jurnalistlə vidalaşmaq üçün çox sayda həmkarı, qohumları və yaxınları gəlib.

Qeyd edək ki, hərbi jurnalist olan Orxan Camal 1966-cı il noyabrın 12-də Moskvada tanınmış rusiyalı müsəlman ictimai xadimi Heydər Camalın ailəsində anadan olub. “Veçernaya Moskva”, “Nezavisimaya qazeta”, “Novaya qazeta” kimi bir sıra nəşrlərlə əməkdaşlıq edib. Şimali Qafqazda, Cənubi Osetiyada, Əfqanıstanda, İraqda, Livanda, Suriyada, Səudiyyə Ərəbistanında işləyib. Dini Jurnalistlər İttifaqının və Rusiyanın Müsəlman Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. Krımın Rusiyaya birləşdirilməsinə açıq şəkildə etiraz edib. //report

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00