Mövlut Çavuşoğlundan BMT-də insanlıq dərsi: Qərbdəkinin canı daha dəyərlidir?

Mövlut Çavuşoğlundan BMT-də insanlıq dərsi: Qərbdəkinin canı daha dəyərlidir?
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin baş iclasında beynəlxalq ictimaiyyətin dünyada yaşanan müharibələr qarşı ayrı-seçkilik etdiyini bildirib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu BMT-nin 72-ci baş iclasında “Sülhün yaradılması və Sülhün davam etdirilməsi” mövzusunda çıxış edib. Çıxışı zamanı türkiyəli nazir dünyanın terror təşkilatlarına və onların hücum etdiyi ölkələrə görə fərqli münasibətlərini sərgiləndiyinə diqqət çəkib.

Mövlud Çavuşoğlu “ İŞİD məsum insanları öldürdüyü zaman hamımız reaksiya veririk və bu düzgündür. FETÖ, PKK, PYD və YPG məsum insanları öldürəndə isə bu terror təşkilatları onlar üçün başqa yerdə faydalı ola bilər deyə bəzi ölkələr bunu görməməzliyə qoyur. Qərbin şəhərlərindən birində terror hücumu olanda bu xəbəri manşetlərdə görürük, ancaq Orta Şərq və ya Afrikada terror hücumu olanda biz bunu eşitmirik. İnsan həyatı bəzi bölgələrdə daha dəyərlidir? Dövran iki üzlülük dövrüdür. Daha yaxşı dünyanı ikili standartlar üzərində inşa edə bilmərik. Bizim ədalət, rifah və ən əsası sülhü əldə etmək məqsədiylə addım atmağımız lazımdır. Dəyişikliyə ehtiyacımız var”.

Nazir həmçinin ikili standartların öhtəsindən gəlmək üçün BMT TŞ-nin yenidən qurulmasının vacibliyini irəli sürüb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar