Movses Akopyan Qazaxıstanda pis vəziyyətə düşüb

Movses Akopyan Qazaxıstanda pis vəziyyətə düşüb
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanın sabiq Baş Qərargah rəisi, general-leytenant Movses Akopyan aprel ayında Qazaxıstana səfəri zamanı pis vəziyyətə düşüb.

A24.Az “AzeriDefence”ə istinadən xəbər verir ki, hadisə Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatına (KTMT) üzv ölkələrin Baş Qərargah rəislərinin Astanada keçirilən toplantısı zamanı yaşanıb.

Toplantıdan sonra KTMT Baş Qərargah rəislərinin Qazaxıstanın hərbi sənaye kompleksinə daxil olan müəssisələrə turu təşkil olunub. Hadisə də məhz bu turlardan birində yaşanıb. Belə ki, M. Akopyan zavodlardan birində nümayiş etdirilən məhsulların bəzilərinin texniki-taktiki xarakteriskaları barədə informasiya toplamaq istəyib. Həmin zavodda çalışan Qazaxıstan vətəndaşının Ermənistanın Baş Qərargah rəisinə verdiyi cavab onu pərt hala salıb. Akopyanın istədiyi məhsullar barədə ona heç bir məlumat verməyən zavod nümayəndələrindən biri “bundan azərbaycanlılar daha çox işlədir. Onlardan soruşun”, deyə atmaca atıb.

Bundan sonra M.Akopyan zavodun əməkdaşlarının “qaba davranışına” görə Qazaxıstanın Baş Qərargah rəisinə şikayət eləyib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar