MSK qeydə alınan beynəlxalq müşahidəçi sayını açıqladı

MSK qeydə alınan beynəlxalq müşahidəçi sayını açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Onlar 58 beynəlxalq təşkilatı təmsil etməklə, 59 ölkənin vətəndaşlarıdır. 

A24.Az  xəbər verir ki, bu barədə MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Şahin Əsədli qeyd edib ki, indiyədək 56 min 864 yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 1962-si MSK-da akkreditasiyadan keçərək bütün ölkə ərazisində, 54 min 902-si isə isə dairə seçki komissiyalarında akkreditasiyadan keçərək müvafiq dairənin hüdudları daxilində müşahidə aparmaq hüququ qazanıb.

O əlavə edib ki, bütün bunlarla yanaşı, siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 5099 məşvərətçi səs hüquqlu üzv təyin olunub.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar