MSK sədri jurnalistlərlə bağlı məsələyə toxundu: "Bu, qanunazidd addımdır"

MSK sədri jurnalistlərlə bağlı məsələyə toxundu: “Bu, qanunazidd addımdır”
Want create site? Find Free WordPress Themes and plugins.

“Bu saata qədər seçki prosesi ilə bağlı rəsmi şəkildə heç bir qanun pozuntusu qeydə alınmayıb”.

“A24.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.

O qeyd edib ki, daxil olan müraciətlər əsasən sorğu xarakterli olub.

M.Pənahov bildirib ki, Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf şəkildə həyata keçirilir.

MSK sədri, eyni zamanda, 36 saylı Seçki Dairəsinin 3 və 4 saylı seçki məntəqələrində jurnalistlərdən prosesi izləmələri üçün arayış istənilməsi məsələsinə də toxunub. Qeyd edib ki, bununla bağlı MSK-ya müraciət daxil olmayıb: “Bu, qanunazidd addımdır. Polisin və seçki komissiyasının belə hüququ yoxdur”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar