MSN-də kadr dəyişikliyi aparılıb - Baş direktor işdən çıxarıldı

MSN-də kadr dəyişikliyi aparılıb – Baş direktor işdən çıxarıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi baş verib.

“A24.az” xəbər verir ki, nazirliyin aparıcı müəssisələrindən olan “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub.

Bununla yanaşı, “Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr dəyişiklikləri olub.

Çingiz Əliyev uzun illər istehsalat sahəsində çalışmış, MSN-in bacarıqlı və sektoru bilən mütəxəssislərindən hesab olunur. Onun rəhbərlik etdiyi dövrdə “Optika-Mexanika” İstehsalat Birliyinin fəaliyyətində əhəmiyyətli dönüş olub. Müəssisələrin istehsal imkanları genişlənib və sifarişlərinin həcmində artım baş verib.

Qeyd edək ki, son illərdə R. Məmmədovun rəhbərlik etdiyi “Üfiq” İstehsalat Birliyinin müəssisələrində bir neçə hadisə olub. İki il öncə – 2016-cı ildə Birliyin Şirvan şəhərindəki “Araz” zavodunda ölümlə nəticələnən partlayış, fevralın 6-da isə “Radioquraşdırma” zavodunun anbarında yanğın baş verib.

MSN-dən “Azeri Defence”yə kadr dəyişikliyi xəbərini təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, bu günlərdə aparılan kadr dəyişikliyi nəticəsində “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev “Üfiq” İstehsalat Birliyinə, “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov isə “Optika-Mexanika” İstehsalat Birliyinə rəhbər təyin edilib.

AzeriDefence

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar