A24 Xeber

Türkiyənin “Akit” kanalında yayımlanan “Saklanan Tarih” verilişində ermənilərin vəhşiliyindən danışılıb.

“A24.az” xəbər verir ki, bu barədə ətraflı söhbəti foto faktlarla türk tarixçi Ahmet Anapalı aparıb.

Ermənilərin ilk olaraq türklərə qarşı dəhşətli vəhşiliklər etdiyini fotolarda sərgiləyən tarixçi, daha sonra Azərbaycan və Serbiyada yaşananlardan danışıb:

“1992-ci il… Azərbaycan, Qarabağ, Xocalı qətliamından bəhs edirəm. Azərbaycanlı qardaşlarımızın məruz qaldığı qətliamdan danışıram. Möhkəm durun… Hamilə qadının qarnını yarıb içindən uşağı çıxarıblar, sonra da uşağı ananın sinəsinin üstünə uzadıb bıçağı çağanın kürəyinə sancıblar. Bütün bunları görən hadisə şahidi danışır ki, daha sonra gülərək deyiblər: “Uşağın qarnı acdır, bunu əmizdir!” ”

Daha sonra tarixçinin danışdıqlarından dəhşətə gələn aparıcı ermənilər üçün bəddua etmək istəyərkən bir anlıq dayanıb və onlara cəzanın türklər tərəfindən verilməsini diləyib:

“Allah islah etsin, Allah hidayət eləsin. Vermirsə də, Rəbbim… Ona həvalə edirik. O zalımlar inşallah cəzalarını bizim əlimizdən alarlar, inşallah”.

“A24.az” Türkiyə mediasında yayımlanan görüntüləri təqdim edir:

A24.az / MTM

Türkiyənin “Akit” kanalında yayımlanan “Saklanan Tarih” verilişində ermənilərin vəhşiliyindən danışılıb. “A24.az” xəbər verir ki, bu barədə ətraflı söhbəti foto faktlarla türk tarixçi Ahmet Anapalı aparıb. Ermənilərin ilk olaraq türklərə qarşı dəhşətli vəhşiliklər etdiyini fotolarda sərgiləyən tarixçi, daha sonra Azərbaycan və Serbiyada yaşananlardan danışıb: “1992-ci il… Azərbaycan, Qarabağ, Xocalı qətliamından bəhs edirəm. Azərbaycanlı qardaşlarımızın məruz qaldığı […]

Mübariz İbrahimovla fəxr edən türk tarixçi ermənilər üçün ALLAHA DUA ETDİ – VİDEO

99