Mübariz Mənsimov müharibənin ortasında qaldı: 3 enerji nəhəngi üz-üzə

Mübariz Mənsimov müharibənin ortasında qaldı: 3 enerji nəhəngi üz-üzə
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Federasiyası Federal Təhlükəsizliyi Xidməti FSB ilə Rusiya Vergi Müfəttişləri “Palmali”yə bağlı olan “Palmali” MMC-nin işində vergi pozuntusunun araşdırılması ilə bağlı istintaqa başlayıb.

“A24.az” xəbər verir ki, Türkiyə KİV-də yer alan məlumatda son bir ildir ki, Türkiyə-Rusiya-Azərbaycan arasında səssiz-sədasız enerji savaşı yaşandığı bildirilib. Yaranmış enerji müharibəsinin tərəfləri isə Rusiya enerji nəhəngi “Lukoil”, Azərbaycanın neft şirkəti SOCAR ilə İstanbulda qurulan “Palmali Dənizçilik”dir.

Məlumdur ki, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan “Palmali” dünyanın ən böyük dəniz yükdaşımalarına sahibdir. Türkiyə mediası bildirir ki, İstanbulda yaradılan bu şirkət haqqında Rusiya və Azərbaycan tərəfindən sanksiya prosesi başlayıb.

Rusiyanın “Kommersant” və “Pravda” qəzetlərinin mövzu ilə bağlı iddiaları olduqca düşündürücüdür. Belə ki, media orqanları Rusiya Federasiyası Federal Təhlükəsizliyi Xidməti FSB və Rusiya Vergi Müfəttişliyinin 2000-ci ildə Rostov-on-Don-da yerləşdirilən “Palmali” MMC haqqında vergi pozuntusunun araşdırılması üçün istintaqa başladığını yazıb.

Rus millət vəkili araşdırma tələb etdi…

Rusiya mediasında yer alan digər bir xəbərə görə, Moskvada Leninski Vergi Müfəttişliyi Bürosunun hazırladığı hesabatda “Palmali”nin 2010-2011-ci illər arasında şirkətin gəlirləri arasında qəsdən yanlış məlumatlar təqdim etdiyi bildirilib. Bununla əlaqədar Rusiya Duma Məclisinin deputatı Svetlana Maksimova Federal Vergi Dairəsi Nazirliyinə müraciət edərək “Palmali”nin araşdırılmasını tələb edib.

İstintaq Komitəsi Cənub Tədqiqat İdarəsi “Palmali” MMC-nin direktoru Alkesey Mixelevə verginin gizlədilməsi ilə bağlı iddia qaldırıb. Gizlədilən verginin miqdarını isə Rusiya mediası 1,2 milyard rubl olaraq göstərib. Bu da təqribən 12 milyon dollardır. Bundan başqa 2013-cü ildə “Palmali” Gəmi Xidmətlərinə aid Rusiyadakı firmanın 230 milyon dollara Maltadakı “Palmali Holding Co” ya satıldığı da hesabatda yer alıb. “Palmali”nin Maltada yerləşən filialından davamlı olaraq pul köçürüldüyü vurğulanan hesabatda 2013-cü ildə bu rəqəmin 140 milyon dollar, 2014-cü ildə 90 milyon dollar olduğu iddia edilib. Gizlədildiyi iddia edilən verginin isə 44,8 milyon dollar olduğu gündəmə gətirilib.

SOCAR “Palmali”nin 14 gəmisini aldı…

Türkiyənin ən böyük əcnəbi sərmayəçilərindən biri olan Azərbaycan şirkəti SOCAR zavod və müəssisələrinə “Palmali”nin gəmilərinin daxil olmasını qadağan edib. Buna səbəb olaraq “Palmali”nin enerji nəhəngi SOCAR-a borclarını vaxtında ödəməməsi göstərilib. Türkiyə mətbuatı bildirir ki, hətta Azərbaycan mediası SOCAR-ın “Palmali Dənizçilik”dən 14 gəmini alaraq mülkiyyətinə keçirdiyi və yeni gəmi yükdaşıma firması qurduğu iddia edilir.

Mübariz Mənsimovun isə Rusiya şirkəti “Lukoil” haqqında məhkəmədə iddia qaldıracağını bildirib. Onun SOCAR barəsində də iddia qaldıracağı deyilir.

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar